Yeni il hədiyyə qutusu

Qırmızı, yorğan naxışlı relyefli kağız qutuya isti və bayram ovqatı verir. Ağ folqa ilə vurulmuş incə qar dənəcikləri faktura üzərində sanki parlayır.
Sadə forma, amma əldə tutanda dərhal "premium" hiss olunur. İş Megaprint tərəfindən Printshop materialları ilə hazırlanıb.